(050) 272-76-02 (055) 444-82-01
09:00 - 21:00



Blog

Fırçalama qaydaları

 

Sizin müntəzəm olaraq istifadə etdiyiniz diş fırçası dişin yalnız ön və arxa hissəsini təmizləyir. Amma dişlərinizi fırçalayarkən dişaralarını təmizləməyi də unutmayın. Çünki bakteriyalar ən çox dişaralarında toplanır.

 

 

Ağız boşluğunun sağlamlığı

Ağız boşluğunda bakteriya hücumuna ən çox dişaralarında rast gəlinir ki, bunu da gündəlik istifadə etdiyimiz adi diş fırçaları ilə təmizləmək mümkün olmur. Dişaraları mütəmadi olaraq təmizlənməlidir. Əks halda bu dişəti xəstəliklərinin və ya kariesin yaranmasına və ağızdan pis qoxunun gəlməsinə səbəb ola bilər. Ağız boşluğunuzun sağlam və təravətli olmağını istəyirsinizsə, erkən yaşlardan başlayaraq hər gün diş aralarını təmizləmək lazımdır.


Diş ətinin ağrıması və ya qanamasından qorxub, dişaralarını fırçalamağı dayandırmayın. Diş ətinin qanaması dişəti xəstəliklərindən irəli gəlir. Bir neçə gün ərzində yaxşılaşma müşahidə etməsəniz, o zaman diş həkiminizə müraciət edin.

 

 

Dişaralarının fırçalanma qaydası

Diş arasındakı məsafələrdən və dişlərinizi fırçalayarkən şəxsi rahatlığınızdan asılı olaraq dişaralarının təmizlənməsinin bir neçə forması var. Bunlardan ən effektivi isə dişarası fırçalardan istifadə etməkdir. Dişarasındakı məsafələrin müxtəlifliyini nəzərə alaraq TePe 9 ölçüdə dişarası fırça təqdim edir.                                                                                       

Kariesdən daha yaxşı qorunmaq və təravətli nəfəs üçün TePe Dişarası fırçalarını TePe Flüoridli Dişarası gellə birlikdə istifadə etmək məsləhət görülür. Dişəti xəstəlikləri və karieslə bağlı ciddi problemləri olanlar üçün isə TePe Diş əti gelindən istifadə etməsi məqsədə uyğundur.

Dişarası məsafələr çox kiçik olduqda Dental floss daha effektiv variant kimi təqdim olunur. Dişaralarını təmizləməyə başlayarkən çox vaxt bu, ilkin variant kimi hesab olunur (sözsüz əgər Stomatoloqonuz tərəfindən məsləhət görülərsə). TePe Mini Flosser™ dişarasının təmizlənməsində ən sadə üsuldur. Diş çöpləri isə daha bir variantdır. Kariesdən ikiqat müdafiə üçün TePe diş çöpləri flüorid tərkibli olmaqla 2 növə ayrılır.