(050) 272-76-02 (055) 444-82-01
09:00 - 21:00



Blog

Uşaq dişlərinə qulluq

Gənc yaşdan ağızda yaxşı gigiyenik mühit həyat boyu sağlam dişlərə ilk addımdır.

 

Süd dişləri

İlkin dişlər, həmçinin süd dişləri və yaxud körpə dişləri də adlandırılır, adətən körpənin 8 aylığı ərəfəsində çıxmağa başlayır. Adətən, alt çənədə ön dişlər ilk olaraq çıxır.

Uşaq 18 aylıq ərəfəsində olduqda ilk azı dişlər çıxmağa başlayır və 3 yaşına kimi süd dişlərinin hamısı öz yerini tutur. Ümumilikdə, isə uşağın 20 ilkin dişi olur.

Solda göstərilmiş qrafik uşaqların süd dişlərinin normal çıxma qaydasını göstərir, ancaq bu vaxt etibarı və çıxma ardıcıllığına görə uşaqdan uşağa dəyişə bilər. 

 

Daimi dişlər

6 yaşdan 13 yaşadək ilkin dişlər ardıcıl olaraq 28 daimi dişlərlə əvəz olunur. İlk daimi dişlər adətən ağızın arxa hissəsində, sonuncu ilkin dişin sağında çıxır.Yeni dişi  aşkar etmək və təmizləmək çətin ola bilər, belə ki, onun dişləmə səthindəki nizamsızlıq karies (çürük) üçün çox həssasdır, bu səbəbdən düzgün fırçalama çox vacibdir. 

 

Ən birinci diş fırçası

Gənc yaşlarında sağlam ağız boşluğunun yaradılması sizin bütüb həyatınız boyu sağlam dişlər üçün atacağınız ilk addımdır. İlk diş çıxan kimi diş fırçası istifadə etməyə başlamaq lazımdır. Uşaqlara 10 yaşına kimi fırçalamada kömək edin. Kiçik uşaq düzgün fırçalama bacarıqlarına hələ malik olmadığından diqqətsiz fırçalama nəticəsində yarana biləcək fəsadları dərk edə bilmir. Daha böyük uşaqlar sizin nəzarətiniz altında fırçalaya bilər.

Fırçalama məsləhətləri

Pozitiv atmosfer yaratmağa çalışın: fırçalamanın vanna otağında həyata keçirilməsi vacib deyil. Siz uşaq yataqda olarkən və yaxud körpəyə xüsusi qulluq üçün nəzərdə tutulmuş masada ( uşağı arxası üstə üzü sizə tərəf uzadaraq) fırçalamanı həyata keçirə bilərsiniz.  Bir az böyük uşaq isə sizin qucağınızda əyləşərək boynunu sizin çiyninizə söykəyərək meyl edib otura bilər. Fırçalama zamanı uşağın ağızını daha yaxşı görmək və dişlərə rahat çatmaq üçün barmağınızdan istifadə edin. 

 

Fırçalama çətin olduqda

Bütün uşaqlar bəzən dişlərini fırçalamaqdan imtina edirlər. Bu baş verdikdə müxtəlif taktiki üsullardan istifadə edin. Yatmaq vaxtını gözləmək əvəzinə dərhal yeməkdən sonra, uşaq çox yorulmamış  fırçalamağa cəhd edin. Və yaxud öz təxəyyülünüzü işə salın – hər hansı bir dişfırçalama hekayəsi və yaxud mahnısı fikirləşin, ya da bizim persanajımız Twizz kimi boşlularla diş fırçasının mübarizəsini aparın.

TePe uşaqlar  üçün diş fırçaları müxtəlif rəng və cizgilərə malikdir. Fırçalama prosesini daha əyləncəli etmək üçün uşağa fırçasını özünün seçməyinə icazə verin.

Uşaqlar yatmağa mütləq həmişə təmiz dişlərlə getməlidirlər. 

Yatmazdan əvvəl mütləq dişlərinizi fırçalayın. Gecələr ağız boşluğu quruyur, çünki daha az ağız suyu ifraz olunur, bu isə dişləri çürüklərə daha həssas edir. Əgər uşaq sizin onun dişlərini fırçalamanızdan əvvəl yuxuya gedərsə yata-yata fırçalayın dişlərini.  Yemək vaxtları arasında  dişlərə bir az istirahət verin. Əgər uşağınız dərman qəbul edirsə mütləq qəbuldan sonra ağzını su ilə yaxalayın. Uşaqların yemək aralarında şirin içkilər qəbul etməsinin qarşısı alınmalıdır. Uşaq yemək arasında və yaxud yatan zaman susuzlayarsa ona su təklif edin.

  • Kiçik başlıqlı və nazik tükcükləri olan fırça seçin. Fırçanın tutacağı uşağın balaca əllərinə uyğun olmalı, ancaq eləcə də uşağa fırçalama zamanı böyüklərin yardım etməsinə  şərait yaratmalıdır.

  • Diş pastasından az miqdarda istifadə edin, uşağın sərçə barmağının dırnağı qədər fırçaya əlavə edin.

  • Dil tərəfini,  yanaq tərəfi və dişlərin dişləmə səthini fırçalayın. Həmişə eyni qaydada fırçalayın və əmin olun ki heç bir diş səthi unudulmayıb.

  • Fırçanın tükcüklərini diş və diş ətlərinə 45° bucaq altında yerləşdirin. Incə təzyiq istifadə edərək kiçik, dairəvi hərəkətlərlə fırçalayın. Diş əti boyunca təmizləmək çox vacibdir, hansı ki bakteriyalar asanlıqla məskunlaşa bilir.

 

Uşaqlar üçün məhsullar 

Tepe ağız gigiyenası seriyasının məhsulları hər yaş və tələbatlara uyğundur. . 
TePe uşaqlar üçün diş fırçaları yumşaq, nazik tükcüklərə və kiçik əyri fırça başlığı ilə kiçik ağız boşluqları üçün nəzərdə tutulmuşdur. Tutacaq kiçik əllərə uyğundur və eləcə də uşaqlara fırçalama zamanı kömək etməyə şərait yaradacaq şəkildədir. Parlaq rənglər və gözəl rəsimlər fırçalamanı daha əyləncəli hala salır. Bütün TePe diş fırçaları stomotoloji mütəxəssislərlə əməkdaşlıq şəraitində hazırlanmışdır.

                             

TePe Mini™ 0 yaşdan 3 yaşa kimi uşaqlar üçün tövsiyyə olunur. Fırça kiçik, əyri başlığa və çox yumşaq tükcüklərə malikdir, hansı ki onu ilk dişlərdə belə istifadə etməyə şərait yaradır. Fırça dəstəyi həm uşaqlar, həm də böyüklər üçün eyni dərəcədə dayanıqlı və rahatdır. TePe Mini uşaqlar üçün müxtəlif parlaq rənglərdə və müxtəlif rəsmlərlə mövcuddur

TePe Zoo™  şirin heyvan dizaynları ilə TePe Mini-dən bir az böyükdür və 3 yaşı tamam olmuş və ondan böyük uşaqlar üçün nəzərdə tutulub. Fırça çox yumşaq tükcüklü  kiçik başlığa və davamlı dəstəyə malikdir.

 

TePe Graphic™  daha böyük başlığa və yumşaq tükcüklərə malikdir, eləcə də fırçalar daha böyük uşaqlara uyğun maraqlı rəsmlərlə dizayn edilmişdir.

 

 

TePe Compact Tuft™ əyilmiş dairəvi  başlığa malikdir, hansı ki onunla inkişaf etməkdə olan, qeyri-müntəzəm və kariyesə meyilli azı dişlərə çatmaq  daha asan olur. Kariyesə meyilli uşaqlara diş aralarını da təmizləmək üçün tövsiyyə oluna bilər.

 

 

 

 

TePe Mini Flosser™ böyüklərin uşaqlara kömək edə bilməsi üçün nəzərdə tutulmuş dayanıqlı tutacağa malik, əvvəlcədən yüklənmiş diş ipidir.