(050) 272-76-02 (055) 444-82-01
09:00 - 21:00



Blog

Diş Fırçasını necə seçməli?

Dişlərin düzgün təmizlənəmə texnikası sizin diş və diş ətlərnizin sağlamlığı üçün əsasdır. Bunun üçün keyfiyyətli diş fırçasını seçmək vacibdir.

 

Dişlərin zərif və effektiv təmizlənməsi

Əgər diş fırçanız çox sərt və diş fırçalama texnikanız düzgün deyilsə, sizin diş ətiniz zədələnə bilər. Buna görə də yumuşaq tükcüklü və konus başlıqlı diş fırçasını seçin ki, ağız boşluğunun arxa nahiyəsini təmizləmək mümkün olsun. TePe-nin diş fırçaları davamlı, effektiv və əlverişlidi. Yemək qəbulundan dərhal sonra dişlərinizi fırçalamaqdan çəkinin, çünki mina qatı yumşalır və bu halda zədələnə bilər. Tükcükləri köhnəlmiş diş fırçası lazımi qaydada təmizləmədiyinə görə dəyişdirilməlidir

Dişlərinizi eyni qaydada fırçalamaqla bəzi səthləri unutmaq riskini artırırsınız. Düzgün qayda dişlərinizin problemli nahiyələrini təmizləməkdir. Bunun üçün diş həkiminizdən və gigiyenistdən məsləhət ala bilərsiz. 

 

Diş fırçalama qaydaları

Dişlərin içəri, bayır və çeynəmə səthlərini diş firçası və flüorid tərkibli pasta ilə gündə iki dəfə ən azi iki dəqiqə fırçalayın. Diş fırçasını 45 dərəcə bucaq altında saxlayın ki, tükcüklər diş əti nahiyəsinə çatsınlar. Dişlərinizi yüngül təzyiq və kiçik hərəkətlərlə fırçalayın.

 

 

 

Fırçaladıqdan sonra ağzınıza bir qədər su alıb diş aralarında 30 saniyyə ərzində fırlatdıqdan  sonra tüpürün. Flüoridin daha yaxşi qoruyucu effektini almaq üçün isə dişləri yaxalamamaq lazımdır.

 

Uşaqlarda dişlərin təmizlənmə qaydası

Uşaq yaşlarından ağızda yaxşı gigiyenik mühit yaratmaq, bütün ömür ərzində sağlam dişlərə nail olmaq üçün birinci addımdır. Dişləri fırçalamaq vaxtı birinci diş çıxandan başlayır. Diş məcununu az miqdarda - uşağın balaca barmağının dırnağı qədər götürün.

 

Diş aralarının təmizlənməsi

Bilirsiz ki, diş fırçalamaq dişlərin yalnız 60% səthini təmizləyir. Diş aralarında olan məsafələrə diş firçası keçmir. Siz hər gün dişlərinizin aralarını fırçalamalısınız.